"Region sürətlə tammiqyaslı müharibənin astanasına doğru sürüşür".
"Unikal" xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants yazıb.
O, regiondakı hadisələr fonunda ölkənin baş naziri Nikol Paşinyana diqqət çəkib: "Ermənistan üçün bu cür inkişaflar ontoloji əhəmiyyətə malikdir. Böyük bir regional müharibə ölkəmizin təhlükəsizlik mühitinə, kommunikasiya yollarına, enerji sabitliyinə, miqrasiya axınlarına və ümumi strateji balansına dərhal və uzunmüddətli təsir göstərəcək.
Bu şərtlər altında dövlətin ali rəhbərliyi maksimum siyasi diqqət, soyuq hesablama və sərt böhran idarəetmə rejimi tələb edir.
Lakin reallıq bunun əksini göstərir. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan rəhbərliyi daxili siyasi kampaniya məntiqinə uyğun olaraq fəaliyyətini davam etdirir, xarici ekzistensial təhdidlər fonunda diqqətsiz və qeyri-ciddi davranış nümayiş etdirir. Region sözün əsl mənasında yanarkən, Paşinyan zər atır.
Bu şəraitdə problem yalnız sərhəd müharibəsi ilə məhdudlaşmır. Daha dərin və daha təhlükəli olan odur ki, hökumətin siyasi laqeydliyi özünün milli təhlükəsizliyə birbaşa təhdidə çevrilməsidir".
Ağarza Elçinoğlu