RU

“Əraziləri dərhal tərk edin” -İsrail Müdafiə Qüvvələri xalqa müraciət ETDİ

İsrail Müdafiə Qüvvələri (IDF) İranda davam edən hərbi əməliyyatlar fonunda İran xalqına fars dilində təcili xəbərdarlıqla müraciət edib.

Redaktor.az xəbər verir ki, İsrail ordusunun farsdilli sözçüsü Kamal Pənhasi ölkə boyu hərbi sənaye müəssisələrinin və hərbi infrastruktur obyektlərinin daxilində və ya yaxınlığında olan bütün şəxslərə müraciət edərək əraziləri dərhal tərk etməyə çağırıb.

“Təhlükəli silah və qurğuların yaxınlığındasınız. Əziz vətəndaşlar, təhlükəsizliyiniz və sağlamlığınız üçün sizdən xahiş edirik ki, dərhal bu yerləri tərk edin və növbəti xəbərdarlığa qədər bu ərazilərdən kənarda qalın. Bu cür hərbi obyektlərin yaxınlığında olmaq insanların həyatı üçün birbaşa və ciddi təhlükə yaradır”, – deyə sözçü bildirib.

Избранный
1
5
redaktor.az

6Источники