RU

La Liqada yeni təyinat

“Malyorka”da baş məşqçi ilə bağlı problem həllini tapıb.

"Football-plus.az" xəbər verir ki, komandaya Martin Demiçelis təyin edilib. 45 yaşlı argentinalı mütəxəssis İspaniya klubu ilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Müqavilənin müddətinin sonradan bir mövsüm də uzadılması mümkündü.

“Bavariya” və “Mançester Siti”ın sabiq müdafiəçisi olan Demiçelisin sonuncu iş yeri “Monterrey” olub. O, Meksika klubundan 2025-ci ilin mayında ayrılandan sonra işsiz idi.

“Mayorka” hazırda La Liqada 25 oyundan sonra 24 xalla 18-ci yeri tutur.

Избранный
19
football-plus.az

1Источники