RU

Trampdan İrana hücumla bağlı ilk - Açıqlama


“ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. 

Onun sözlərinə görə, İrana qarşı əməliyyat ölkənin nüvə və raket proqramına yönəlib. Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını qeyd edib.

“Məqsədimiz Amerika xalqını qorumaqdır. Bunun üçün İran rejimindən qaynaqlanan birbaşa təhdidləri aradan qaldırmaq lazımdır. Onun fəaliyyəti birbaşa olaraq ABŞ-yə, xaricdəki qoşun və bazalarımıza, eləcə də bütün dünyadakı müttəfiqlərimizə təhlükə yaradır”, – deyə D.Tramp bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında İsrail və ABŞ İrana zərbələr endirib.


Избранный
12
nuh.az

1Источники