RU

SEPAH ABŞ-ın Yaxın Şərqdəki strateji bazalarına zərbələr endirdiyini açıqladı

SEPAH ABŞ-ın Yaxın Şərqdəki strateji bazalarına zərbələr endirdiyini açıqladı

İranın elit hərbi birləşməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın regiondakı hərbi varlığına qarşı genişmiqyaslı hücuma keçdiyini bəyan edib.

AFN.az ISNA agentliyinə istinadən xəbər verir ki, SEPAH-ın raket və PUA bölmələri ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci Donanmasının qərargahını hədəf alıb. Hücumların yalnız Bəhreynlə məhdudlaşmadığı, Qətər və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Amerika bazalarının da "atəş yağışına" tutulduğu bildirilir.

Eyni zamanda, SEPAH İsrailin ("işğal olunmuş ərazilər") mərkəzi hissəsindəki hərbi obyektlərə də zərbələr endirildiyini təsdiqləyib. Qeyd edək ki, Tasnim agentliyi daha əvvəl İordaniya, Küveyt və Səudiyyə Ərəbistanındakı ABŞ bazalarının da hədəf alındığı barədə məlumat yaymışdı.

Избранный
19
38
afn.az

10Источники