RU

Dohada partlayışlar baş verib

Dohada partlayışlar baş verib

Qətərin paytaxtı Doha və ətraf rayonlarda silsilə güclü partlayışlar qeydə alınıb.

AFN.az xəbər verir ki, müşahidəçilərə görə, bunlar böyük ehtimalla hava hücumundan müdafiə (HHM) sistemlərinin fəaliyyəti ilə bağlıdır. Şahidlərin sözlərinə görə, Dohada və onun ətrafında dəfələrlə yüksək səsli partlayışlar eşidilib.

Qətər Müdafiə Nazirliyi ölkə ərazisinə atılan raketlərin "Patriot" sistemləri vasitəsilə uğurla zərərsizləşdirildiyini bəyan edib. Nazirlik bütün təhdidlərin havada məhv edildiyini vurğulayıb.

Qeyd edək ki, Qətərdə regionun ən böyük Amerika aviabazası olan "Əl-Udeyd" yerləşir. Daha əvvəl bu baza ABŞ və İsrailin hücumuna cavab olaraq İranın raket zərbələrinə məruz qalacağı barədə xəbərdarlıq edilmişdi. Hazırda bazada və paytaxt ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Избранный
3
afn.az

1Источники