RU

PSJ Vitinya ilə bağlı qərarını qətiləşdirdi

PSJ yarımmüdafiəçisi Vitinya ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Touchline" yayıb.  

Məlumata görə, Paris klubu portuqaliyalı futbolçunu təklifin məbləğindən asılı olmayaraq "Real Madrid"ə satmaq niyyətində deyil. Mənbə Fransa nəhənginin prezidenti Nasser Əl-Xelaifinin orta xətt oyunçusunun İspaniya klubuna keçməsinə mane olmağı qarşısına məqsəd qoyduğunu vurğulayıb. 

Cari mövsüm bütün turnirlərdə 36 matça çıxan Vitinya 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun parislilərlə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı ulduz futbolçunun transfer qiymətini 110 milyon avro ilə dəyərləndirir. 

Toğrul

Избранный
3
1
fanat.az

2Источники