RU

Əbu-Dabidə partlayış səsləri eşidilib

Qahirə, 28 fevral, AZƏRTAC

İranın hərbi hava qüvvələri ABŞ-nin regiondakı hərbi bazalarına raket hücumlarını davam etdirir. Əbu-Dabidə partlayış səslərinin eşidildiyi haqqında məlumatlar yayılıb.

AZƏRTAC xəbər verir ki, bundan qabaq Küveytdə, Bəhreyndə, Qətərdə partlayış olması barədə məlumat yayılmışdı. Ərəb ölkələrinin hava məkanlarına daxil olan raketlərin neytrallaşdırıldığı qeyd olunub.

İran televiziyası bildirib ki, İran ABŞ-nin regiondakı hərbi bazalarını hədəf alır.

 
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Избранный
15
5
azertag.az

9Источники