Donald Tramp İranda baş verənlər fonunda bu ölkənin hakimiyyəti ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, Amerika lideri Tehran hakimiyyətinin "çox qəddar və dəhşətli insanlar qrupu" olduğunu bəyan edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, İran hakimiyyətinin təhdidedici hərəkətləri ABŞ-ı riskə atıb.
Xatırladaq ki, 28 fevral səhəri ABŞ və İsrail İrana birgə hücumlar təşkil etdilər. Otuz, bəlkə də daha çox hədəfə zərbə endirilib.
Zərbələr həmçinin Prezident Məsud Pezeşkianın iqamətgahına da dəyib.