RU

Xocalı Memorial Kompleksi şəhidlərimizin müqəddəs xatirəsinə sonsuz ehtiramın rəmzidir – Deputat

Bakı. Trend:

Prezident İlham Əliyev tərəfindən Xocalı Memorial Kompleksininaçılışının edilməsi xalqımızın tarixi yaddaşında mühüm və əlamətdarhadisə kimi qalacaq. Bu möhtəşəm kompleks təkcə bir memarlıqabidəsi deyil, həm də milli qürurumuzun, ədalətə inamımızın vəşəhidlərimizin müqəddəs xatirəsinə sonsuz ehtiramın rəmzidir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı SəbinəSalmanova deyib.

Onun sözlərinə görə, 1992-ci ilin fevralında Ermənistan silahlıqüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı insanlıq tarixininən qanlı faciələrindən biri kimi yaddaşlara həkk olunub:

“Günahsız qadınların, uşaqların və qocaların amansızcasına qətləyetirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıidi. Dövlətimizin başçısı Xocalı Soyqırımı Memorialınınaçılışındakı çıxışında qeyd etdi ki, Azərbaycan xalqı üçün bu, ənböyük faciədir. Xocalı soyqırımı təkcə bir şəhərin sakinlərinəqarşı törədilmiş cinayət deyil, bütövlükdə insanlığa qarşı yönəlmişvəhşilik aktıdır. Məhz buna görə də Xocalı həqiqətlərinin dünyaictimaiyyətinə çatdırılması, beynəlxalq müstəvidə ədalətin təminolunması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran ənmühüm vəzifələrdən biri olub. Ötən illər ərzində həm Azərbaycandövləti, həm Milli Məclis, həm də çoxsaylı ictimai təşkilatlar vəqeyri-hökumət qurumları bu istiqamətdə ardıcıl və sistemlifəaliyyət göstəriblər. Xarici ölkələrdə keçirilən tədbirlər,beynəlxalq konfranslar, parlament dinləmələri, sərgilər və anımmərasimləri Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm roloynayıb”.

Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında Xocalıhəqiqətlərinin dünyaya çatdırılmasında çox mühüm işlər görmüşHeydər Əliyev Fondunun fəaliyyətindən də bəhs edib:

“Heydər Əliyev Fondu yarandığı ilk dövrlərdən etibarən Xocalıhəqiqətlərinin təbliğini prioritet istiqamətlərdən biri kimimüəyyənləşdirib. Fondun təşəbbüsü ilə müxtəlif dillərdə nəşrlərhazırlanıb, sənədli filmlər çəkilib, dünyanın nüfuzlupaytaxtlarında genişmiqyaslı təqdimatlar keçirilib. Heydər ƏliyevFondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası artıqqlobal miqyas alıb. Son 20 il ərzində bu təşəbbüs çərçivəsindədünyanın müxtəlif ölkələrində simpoziumlar, konfranslar, dəyirmimasalar və sərgilər təşkil edilib, çoxsaylı kitablar, broşürlər vəbukletlər nəşr olunub. Kampaniya yalnız faciə haqqında məlumatverməklə kifayətlənməyib, həm də beynəlxalq hüquq və ədalətprinsiplərinə əsaslanan hüquqi-siyasi qiymətin formalaşdırılmasınaxidmət edib. Çünki həmin dövrdə Ermənistan dövləti və xaricdəkierməni lobbi dairələri bu qanlı faciəni ört-basdır etməyə, həttatəhrif edərək Azərbaycanı ittiham etməyə çalışırdılar. Məqsədinformasiya manipulyasiyası yolu ilə beynəlxalq ictimai rəyiçaşdırmaq, həqiqətləri gizlətmək idi. Əgər Azərbaycan dövləti vəvətəndaş cəmiyyəti öz haqq səsini ucaldaraq sistemli fəaliyyətgöstərməsəydi, bu gün dünya ictimaiyyətində Xocalı ilə bağlıobyektiv və faktlara əsaslanan təsəvvür formalaşmaya bilərdi. Məhzardıcıl və prinsipial səylər nəticəsində artıq 20-yə yaxın ölkəXocalı soyqırımını rəsmən tanıyıb. Bir sıra ölkələrin parlamentlərimüvafiq qətnamələr qəbul etmiş, beynəlxalq təşkilatlarda bu məsələilə bağlı müzakirələr aparılıb. Bu proses davamlı xarakter daşıyırvə Azərbaycan dövləti bundan sonra da həqiqətlərin beynəlxalqmüstəvidə tanıdılması istiqamətində fəaliyyətinigücləndirəcək”.

S.Salmanova həmçinin qeyd edib ki, dövlət başçısı çıxışındaXocalı Memorial Kompleksin timsalında Azərbaycan xalqının əyilməzruhunun, sarsılmaz iradəsinin və tarixi yaddaşına sədaqətiningörüldüyünü bildirib:

“Bu məkan təkcə bir abidə deyil, həm də xalqımızın yaşadığıağrıların, çəkdiyi iztirabların və göstərdiyi qəhrəmanlığınrəmzidir. 30 il ərzində ədalətsizliklə, ikili standartlarla,beynəlxalq səviyyədə biganə münasibətlə üzləşən xalqımız özmənliyini qorudu, ləyaqətini saxladı, milli kimliyini və inamınıitirmədi. Bu illər ərzində Azərbaycan xalqı böyük səbr və təmkinnümayiş etdirdi, eyni zamanda güc topladı, birliyini daha damöhkəmləndirdi. Biz tariximizi unutmadıq, amma eyni zamandagələcəyə inamla baxmağı bacardıq. 2020-ci ildə baş vermiş 44 günlükVətən müharibəsi, eləcə də 2023-cü ilin sentyabr ayının 19–20-dəhəyata keçirilmiş lokal antiterror tədbirləri ilə ölkəmizinsuverenliyi və konstitusiya quruluşu tam bərpa olundu. Prezidentİlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun rəşadətivə xalqımızın sarsılmaz birliyi nəticəsində qazandığımız bu tarixiZəfər Xocalı qurbanlarının qanının yerdə qalmadığını, ədalətinbərqərar olduğunu bir daha nümayiş etdirdi. Bu gün azad edilmiştorpaqlarımızda, o cümlədən Xocalıda genişmiqyaslı bərpa vəquruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğmayurdlarına qayıdışı ardıcıl şəkildə təmin olunur. Bütün bunlarPrezident İlham Əliyevin sarsılmaz siyasi iradəsinin, dövlətimizinqüdrətinin, xalqımızın birliyinin və ədalətin təntənəsinin barizifadəsidir”.

Məqalədə:
Избранный
17
az.trend.az

1Источники