RU

Azarkeşlər Messiyə hücum etdi

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikanın “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi Ekvadorun “İndependiente del Valle” klubunun azarkeşlərinin hücumuna məruz qalıb.

Yeniavaz.com xəbər verir ki, klublar arasında keçirilən yoldaşlıq oyunu zamanı Cənubi Amerika komandasının azarkeşləri meydana girib.

Onlardan ikisi əvvəlcə argentinalı ilə selfi çəkib, daha sonra isə iki nəfər 38 yaşlı Messini yerə yıxıb.

Təhlükəsizlik işçiləri azarkeşləri tez bir zamanda saxlayıb və onları meydandan kənarlaşdırmağa başlayıblar. Bu zaman daha bir neçə nəfər meydana qaçaraq futbolçuya tərəf yönəlib. Onlar stadionun təhlükəsizlik xidməti tərəfindən saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
yeniavaz.com

5Источники