RU

Sabiq nazirdən uşaqpulu AÇIQLAMASI – “Həmin məbləği belə əldə edin”

Son vaxtlar Azərbaycanda uşaqpulu mövzusu yenidəm gündəmə gəlib. Xüsusən rəsmi Bakının dünyanın müxtəlif yerlərində humanitar aksiyalarda iştirak etməsi fonunda yenidən bənzər fikirlər səsləndirilib. Bir qədər əvvəl Azərbaycanın Suriyada məktəb tikəcəyi ilə bağlı xəbər sosial şəbəkələrdə yayılan kimi “niyə uşaqpulu verilmir, amma başqa ölkədə məktəb tikilir” sualı ortaya atıldı.

Maraqlıdır, bu cür yanaşmalar sadəcə sosial narazılığın ifadəsidir, yoxsa müəyyən dairələr mövzunu qəsdən gündəmdə saxlayaraq ictimai gərginlik yaratmağa çalışırlar?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, Azərbaycanın heç bir uğuruna, hətta Qarabağın işğaldan azad olunmasına belə sevinə bilməyən, bu böyüklükdə problemin həllində qara axtaranların mövqeləri heç vaxt dəyişməyəcək:

“Əslində, bunlar azərbaycanlı adından imtina etmiş və şəxsi maraqları müqabilində Azərbaycana düşmən mövqedə dayanan xarici dövlətlərin, ilk növbədə isə şimal qonşumuzun xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirirlər. Baxın, bu adamların çıxışlarında bir dəfə də olsun ölkədə mövcud olan problemlərin həlli yollarına dair təkliflər eşitmədik. Dedikləri budur ki, uşaqpulu verilmir, təqaüdlər azdır, əməkhaqları aşağıdır. Lakin əsl müxalifət yalnız problemləri siyasiləşdirməməlidir, o problemləri sadalayırsa, həlli yollarını təklif etməyi də bacarmalıdır. Bu adamlar hakimiyyətə müxalif deyillər, dövlətimizə düşməndirlər. Dediyimiz kimi, bunların üzərindən azərbaycanlı adı çoxdan silinib. Bu adamların kimliyini xalqımız yaxşı tanıyır”.

fikret
Sabiq nazir bildirib ki, uşaqpulu kimi bir məsələnin bəlli həlli yolları var:

“Biz insanlarımıza yardımlar almağı deyil, işləyib qazanmağı öyrətməliyik. Burada hökumətin məsuliyyəti böyükdür. Hökumət hər bir vətəndaşın normal fəaliyyət meydanını yaratmalıdır. Bu yeni müəssisələrin qurulması və yeni iş yerlərinin açılması şəkilində baş verməlidir. İnsan normal qazanc əldə edə bilsə, dövlətdən uşaqpulu və sosial yardımlar almaq haqqında düşünməyəcək. Bu dediklərimiz geniş Dövlət Proqramları çərçivəsində öz həllini tapmalıdır. Biz bununla bağlı təkliflərimizi dəfələrlə səsləndirmişik”.

Избранный
8
1
turkustan.az

2Источники