RU

Mişustin Rusiyanın Azərbaycandakı yeni ticarət nümayəndəsini təyin etdi » AzadMedia.az


Rusiya Baş naziri Mixail Mişustin cümə günü Rusiyanın Azərbaycandakı yeni ticarət nümayəndəsinin təyin edilməsi barədə sərəncam imzalayıb.
Rusiya Baş naziri Mixail Mişustinin imzaladığı sərəncama əsasən, Adam Hakimov Rusiyanın Azərbaycandakı yeni ticarət nümayəndəsi olub. Sənəd rəsmi hüquqi informasiya portalında yerləşdirilib.
Rusiya Baş nazirinin sərəncamında deyilir: "Hakimov Adam Salaudinoviç Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi təyin edilsin".
Qeyd etmək lazımdır ki, Mixail Mişustin digər bir sənədlə Ruslan Mirsayapovu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi vəzifəsindən azad edib. Sənədə əsasən, bu qərar xidməti müqavilə müddətinin başa çatması ilə əlaqədar verilib.
Избранный
8
1
azadmedia.az

2Источники