Fevralın 28-i axşam saatlarında Yerin peyki Ay "planetlərin paradı"na qoşulacaq.
AzEdu.az xəbər verir ki, bu barədə TASS-a Moskva Planetariumunun mətbuat xidməti məlumat verib.
Bakı vaxtı ilə saat 20:00-da Ay altı planetə yaxın mövqedə görünəcək. Onlardan dördü kiçik "planet paradı" təşkil edəcək və Ay Yupiterə yaxın parlayacaq.
Astronomların bildirdiyinə görə, aydın hava şəraitində gün batdıqdan sonra təxminən bir saat ərzində qərb üfüqündə Saturn və Venera adi gözlə görünəcək. Merkurini tapmaq üçün binokl, Neptunu müşahidə etmək üçün isə teleskop tələb oluna bilər.
"Planetlərin paradı" gözlə görünən bir neçə planetin səmada bir-birinə yaxın yerləşməsi zamanı müşahidə olunur. "Kiçik parad"da dörd, "böyük parad"da isə beş və daha çox planet iştirak edir.