RU

ABŞ Pakistanın “Taliban”a qarşı özünümüdafiə hüququnu dəstəklədiyini bəyan edib

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vaşinqton administrasiyası Əfqanıstanla Pakistan arasında gedən döyüşlərlə bağlı bildirib ki, İslamabadın “Taliban” hərəkatına qarşı özünü müdafiə etmək hüququnu dəstəkləyir.

Bizimyol.info xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Hooker "X" sosial şəbəkəsində yazıb.

“Vəziyyəti diqqətlə izləməyə davam edirik və Pakistanın “Taliban”ın hücumlarına qarşı müdafiə hüququna dəstəyimizi ifadə etmişik”, - deyə o qeyd edib.

Hooker qeyd edib ki, Pakistan xarici işlər nazirinin müavini Amna Balox ilə telefon danışığı apararaq, Pakistanla “Taliban” arasında son qarşıdurma nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.

ABŞ Prezidenti Donald Trump isə jurnalistin tərəflərdən hər hansı birinin ondan prosesə müdaxilə etməsini xahiş edib-etməməsi ilə bağlı sualına cavab olaraq bildirib: “Bunu edərdim, amma Pakistanla münasibətlərim çox-çox yaxşıdır”. O, Pakistanın baş naziri Şahbaz Şərifə böyük hörmətlə yanaşdığını vurğulayıb. “Düşünürəm ki, Pakistanın işləri çox yaxşı gedir”, – deyə ABŞ lideri əlavə edib.

Fevralın 26-sı axşam saatlarında Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabul son günlər Pakistanın Əfqanıstan ərazisinə endirdiyi hava zərbələrinə cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqlayıb.

İslamabad isə Pakistan silahlı qüvvələrinin əməliyyatları nəticəsində 130-dan çox əfqan hərbçinin öldürüldüyünü və 80-ə yaxın hərbi texnikanın məhv edildiyini bildirib. Əfqanıstan Müdafiə Nazirliyi fevralın 27-si səhər əməliyyatın başa çatdığını elan edərək 55 pakistanlı hərbçinin həlak olduğunu, iki hərbi bazanın və 19 sərhəd postunun ələ keçirildiyini açıqlayıb.

Pakistanın müdafiə naziri Xavaca Asif bəyan edib ki, ölkəsi ilə Əfqanıstandakı taliban hökuməti arasında açıq silahlı qarşıdurma vəziyyəti yaranıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
icma.az

1Источники