RU

Avstraliyanın Baş naziri məscidlərə hücum etmək istəyən şəxsin tutulmasına münasibət bildirib

Qərbi avstraliyalı bir kişinin məscidlərə, polisə və parlament binasına qarşı terror hücumları planlaşdırmaqda şübhəli bilinərək həbs olunması dərin şok yaradıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze sosial media səhifəsində məlumat verib.

"Qərbi avstraliyalı kişinin irqi motivli terror hücumu təşkil etməkdə şübhəli bilinərək həbs olunması dərin şokdur. Bu şəxsin məscidlər də daxil olmaqla müsəlman icmasına, eləcə də polisə və Qərbi Avstraliya Parlamentinə hücumlar planlaşdırdığı iddiaları xüsusilə narahatedicidir. O, qanunun bütün sərtliyi ilə cəzalandırılmalıdır", - deyə Avstraliya Baş naziri yazıb.

Xatırladaq ki, bu həbs Avstraliyada terror aktları kimi təsnif edilən bir sıra hadisələrin sonuncusudur. Buraya 26 yanvarda Pertdə keçirilən mitinqdə partlayış cəhdi də daxildir. Həmin mitinqdə iştirakçılar ölkənin milli gününə etiraz edirdilər.

Dekabr ayında iki silahlı şəxs Sidneydəki Bondi çimərliyində Hanuka bayramındakı iştirakçilara hücum edərək 15 nəfəri öldürmüşdü.

Избранный
17
1
ikisahil.az

2Источники