Kainatda məlum ən böyük ulduzlardan biri olan “WOH G64” kəskin dəyişikliklərə məruz qalıb.
Publika.az xəbər verir ki, ulduzun partlaya biləcəyi ehtimal olunur.
Afina Milli Rəsədxanasından Qonsalo Munyosa-Sançesin rəhbərlik etdiyi beynəlxalq astronomlar qrupu bu nəticəyə gəlib.
Tədqiqat “Nature Astronomy” jurnalında dərc edilib.
Yeni tədqiqatın müəllifləri bildirirlər ki, “WOH G64” 2014-cü ildə qırmızı supernəhəng mərhələsindən daha nadir və qeyri-sabit bir vəziyyətə — sarı hipernəhəng mərhələsinə keçib. Onların fikrincə bu, ulduzun xarici qatlarını sürətlə itirdiyini və qısa həyatının son mərhələsinə daxil olduğunu göstərə bilər.