RU

Zibil qutusundan gələn pis qoxunu yox etməyin yolları

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Mətbəxdəki zibil qutularından yayılan xoşagəlməz qoxu evdə komfortu pozan əsas problemlərdən hesab olunur. Bu qoxunu aradan qaldırmaq və bakteriyaların çoxalmasının qarşısını almaq üçün bir neçə sadə üsul mövcuddur.Demokrat.az-ın məlumatına görə birinci vacib məqam qutunun düzgün seçilməsindədir. Qapaqlı və ayaqla açılan modellər həm qoxunun yayılmasının qarşısını alır, həm də gigiyenanı təmin edir. Qutunun ölçüsü gündəlik tullantı miqdarına uyğun olmalıdır. Böyük qutularda zibilin uzun müddət qalması qoxu və bakteriya yaranmasına səbəb olur.Düzgün ölçülü və möhkəm zibil torbalarından istifadə sızıntı riskini azaldır. Qutunu hər gün təmizləmək və nəm salfetlərlə silmək qoxunun qarşısını almaqda təsirlidir. Zibil qutusunu günəş işığından uzaq və sərin yerdə saxlamaq lazımdır. İsti mühitdə tullantılar daha tez çürüyür və zərərli mikroblar sürətlə çoxalır.Sulu qida qalıqlarını süzdükdən sonra qutuya atmaq qoxunu minimuma endirir. Qutunun dibinə tökülən bir ovuc soda və ya pişik qumu nəmi çəkərək qoxunu udur. Qəhvə dənələri və sitrus meyvələrinin qabıqları da qoxunu neytrallaşdırmaq üçün əla vasitədir. Pambığa damladılan bir neçə damcı ətirli yağ isə mətbəxdə xoş ətir yaradır.Nəmi udan xüsusi salfetlər və ya tualet blokları da qutunun dibində təmizliyi qorumağa kömək edir. Bu sadə və ucuz üsullar zibil qutusunu uzun müddət qoxusuz saxlamağa imkan verir.Aytən

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
37
demokrat.az

1Источники