RU

İftardan sonra şişkinliyə son qoyan möcüzəvi içki

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ramazan ayında uzunmüddətli aclıqdan sonra qəbul edilən ağır yeməklər çox vaxt mədədə şişkinlik və narahatlıq yaradır. İftarda sürətli qidalanma həzm sistemini çətinləşdirsə də, təbii üsullarla bu gərginliyi azaltmaq mümkündür.Demokrat.az xəbər verir ki, zəncəfil tərkibindəki gingerol birləşməsi sayəsində mədə hərəkətliliyini artıraraq həzmi asanlaşdırır. Elmi araşdırmalar da bu bitkinin yeməkdən sonra yaranan qaz və doluluq hissini yüngülləşdirdiyini təsdiqləyir. Şərbətə əlavə edilən darçın isə qan şəkərini tənzimləyərək iftardan sonra yaranan qəfil şirniyyat istəyinin qarşısını alır. Qazlı və həddindən artıq şəkərli içkilər müvəqqəti rahatlıq versə də, sonradan daha çox susuzluq yaradır. Zəncəfil şərbəti isə həm susuzluğu yatırır, həm də enerjini bərpa edir.Ekspertlər Ramazan ayında qidaları yavaş yeməyi və porsiyalara diqqət etməyi məsləhət görürlər. İftarı xurma və su ilə açdıqdan sonra şorba içmək, ardınca qısa fasilə vermək mədəni ana yeməyə hazırlayır. Məhz bu keçid zamanı bir stəkan zəncəfil şərbəti içmək həzm prosesini xeyli rahatlaşdıra bilər.Lazım olan məhsullar1 xörək qaşığı rəndələnmiş təzə zəncəfil

5 stəkan su

2 stəkan şəkər tozu

1 ədəd çubuq darçın

Sıxılmış yarım limon suyuDərin qazanda suyu qaynadın və içərisinə şəkər tozunu əlavə edib tam əriyənə qədər qarışdırın. Daha sonra rəndələnmiş zəncəfili və çubuq darçını əlavə edərək təxminən 10 dəqiqə zəif odda qaynadın. Qazı söndürdükdən sonra limon suyunu əlavə edin. Qarışım otaq temperaturuna gəldikdə süzərək soyuducuda 2 saat saxlayın. İstəyə görə içərisinə nanə yarpağı və ya buz parçaları əlavə edərək soyuq halda servis edə bilərsiniz.Bu içkini təkcə iftarda deyil, sahurda da istifadə etmək olar. Xüsusilə mövsüm keçidləri zamanı immuniteti gücləndirmək üçün bu şərbət əvəzsiz vasitədir.Aytən

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
demokrat.az

1Источники