RU

Tramp federal qurumlara "Anthropic" texnologiyalardan istifadəni qadağan edib

ABŞ Prezidenti Donald Tramp cümə günü Pentaqon da daxil olmaqla, bütün federal agentliklərinə "Anthropic" tərəfindən hazırlanmış süni intellekt (Sİ) texnologiyasından istifadəni dayandırmağı əmr etdiyini bildirib.

"Report" xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, şirkət Hərbi Nazirliyi konstitusiya ilə deyil, xidmət şərtləri ilə idarə olunması üçün təzyiq göstərməyə çalışarkən fəlakətli bir səhvə yol verib.

"Buna görə də, ABŞ hökumətinin bütün federal qurumlarına "Anthropic" texnologiyanın istifadəsini dərhal dayandırmağı tapşırıram. Bizim bundan heç bir faydamız yoxdur, bir daha onlarla iş görməyəcəyik. Müxtəlif səviyyələrdə "Anthropic" məhsullarından istifadə edən agentliklər üçün altı aylıq keçid dövrü təmin ediləcək".

O, şirkətdən bu işdə əməkdaşlıq etməsini tələb edib və bunu etmədiyi təqdirdə məhkəmə tədbirləri də daxil olmaqla, nəticələrlə hədələyib.

Избранный
38
far.az

1Источники