RU

Siyasi şərhçi: “Talibanı məğlub edəcək tək güc Pakistandır” » AzadMedia.az

Siyasi


Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Əfqanıstan Talibanı üzərində qələbəni yalnız Pakistan təmin edə bilər. Onun sözlərinə görə, keçmiş SSRİ və ABŞ Talibanı məğlub edə bilməyib, lakin Pakistanla eyni coğrafiya və ortaq mədəniyyətə malik olan Taliban qarşıdurmada zəif qalacaq.

Əsədullazadə qeyd edib ki, Əfqanıstan-Pakistan arasında hərbi gərginlik əsasən Talibanın Durand sərhəd xəttini tanımaması və Təhriri-Taliban terror təşkilatına dəstək verməsi səbəbindən yaranıb. O vurğulayıb ki, son həftələrdə Pakistanda törədilən qanlı terror aktlarının arxasında Taliban rejiminin əli ola bilər.

Şərhçiyə görə, Pakistanın hərbi qüdrəti Taliban üzərində üstünlük təmin etməyə imkan verir və hərbi əməliyyatlar zamanı Pakistan ordusu Kabulu nəzarətə götürərək Taliban rejiminə son verə bilər.

Əsədullazadə onu da əlavə edib ki, Pakistan-Taliban qarşıdurması regionda ciddi geosiyasi nəticələrə səbəb ola bilər, lakin hərbi güc baxımından Pakistan üstün mövqedədir.

Избранный
32
1
azadmedia.az

2Источники