RU

Elxan Qaraxanoğlu: “Haqqımda yayılan efir qadağası iddiaları reallığı əks etdirmir” » AzadMedia.az

Elxan

Bakı, 27 fevral — Azadmedia.az

Elxan Qaraxanoğlu: “Haqqımda yayılan efir qadağası iddiaları reallığı əks etdirmir”

Müğənni Elxan Qaraxanoğlu son günlər bəzi media orqanlarında onun televiziya efirlərinə çıxışına qadağa qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Peşəkar Sənətçi Azadmedia.az-a olan açıqlamasında qeyd edib ki, haqqında səsləndirilən bu iddialar reallığı əks etdirmir və məsələ ilə bağlı heç bir rəsmi qurum tərəfindən ona hər hansı bildiriş təqdim olunmayıb:

“Azərbaycan Respublikasında televiziya efiri ilə bağlı məhdudiyyətlər yalnız səlahiyyətli dövlət qurumları tərəfindən tətbiq oluna bilər. Bu istiqamətdə isə mənə ünvanlanmış hər hansı rəsmi qərar və ya xəbərdarlıq mövcud deyil. Yayılan məlumatlardan sonra bir neçə televiziya kanalı ilə şəxsi əlaqə saxladım və mənə bildirildi ki, fəaliyyətimlə bağlı heç bir məhdudiyyət yoxdur. Əksinə, yaxın günlərdə efirə çıxacaq layihələrdə iştirakım nəzərdə tutulur.

Uzun illərdir estrada və pop janrında fəaliyyət göstərən bir sənətçi kimi məqsədim hər zaman milli musiqi mədəniyyətimizin müasir təqdimatına töhfə vermək olub. İfa etdiyim musiqi üslubu geniş auditoriyaya ünvanlanan, estetik və peşəkar səhnə ənənələrinə əsaslanan sənət istiqamətidir. Bu səbəbdən fəaliyyətimin hansısa qadağa ilə əlaqələndirilməsi həm tamaşaçılar, həm də sənət mühiti baxımından yanlış təsəvvür formalaşdırır.

İctimaiyyətə müraciət edərək bildirirəm ki, təsdiqlənməmiş məlumatların sensasiya məqsədilə yayılması doğru yanaşma deyil. Mən hər zaman dövlətinə, cəmiyyətinə və milli musiqi dəyərlərinə hörmətlə yanaşan bir sənətçi olmuşam və fəaliyyətimi də bu prinsiplər üzərində davam etdirirəm.”

Избранный
12
2
azadmedia.az

3Источники