RU

Prospektdə maşın xarab oldu; yol polisi sürücüyə belə kömək elədi VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtda yol polisi əməkdaşlarının nümunəvi davranışı vətəndaşların rəğbətini qazanıb.

Avtosfer.az xəbər verir ki, Nərimanov rayonu Heydər Əliyev prospektində köməkçi yola çıxan zaman bir avtomobildə nasazlıq yaranıb.

Hadisə anidən və yolun hərəkət hissəsində baş verdiyi üçün sürücü çaş-baş qalıb və maşını kənara çəkməkdə çətinlik çəkib. Hadisə yerində xidmət aparan yol polisi əməkdaşları dərhal müdaxilə edərək nəqliyyat vasitəsini itələyib yolun kənarına çıxarıblar.

Onların operativ və məsuliyyətli davranışı yolda hərəkətin qısa zamanda bərpasına imkan verib.

Eltac

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
avtosfer.az

1Источники