Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio regional gərginliyin kəskinləşməsi və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları barədə artan ehtimallar fonunda martın 2-3-də İsrailə səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott bildirib.
"Dövlət katibi bir sıra regional prioritetləri, o cümlədən İran, Livan ətrafındakı vəziyyəti və Prezident Donald Trampın Qəzza üzrə 20 bənddən ibarət sülh planının həyata keçirilməsi istiqamətində davam edən səyləri müzakirə edəcək", - Piqott deyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.