RU

Ukrayna və Rusiya arasında müvəqqəti atəşkəs qərarı qüvvəyə minib

Ukrayna və Rusiya ehtiyat elektrik xətlərini təmir etmək üçün Zaporojye Atom Elektrik Stansiyası (AES) yaxınlığında lokal atəşkəs barədə razılığa gəliblər.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bunu 27 fevralda açıqlayıb. Açıqlamada bildirilir: “BAEA-nın vasitəçiliyi ilə həyata keçirilən daha bir lokal atəşkəs hazırda Zaporojye AES-in 330 kV-luq ehtiyat enerji təchizatını bərpa etmək üçün qüvvədədir”.

Agentliyin baş direktoru Rafael Qrossi bildirib ki, təmir briqadaları üçün təhlükəsiz girişi təmin etmək məqsədilə hazırda ətraf ərazinin minalardan təmizlənməsi işləri aparılır.

//Samir Qurbanov, Editor.az

Избранный
5
editor.az

1Источники