Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Belə bəsit qollar buraxdığımıza inana bilmirəm" - Saşa İliç
"Sumqayıt"ın baş məşqisi Saşa İliç Misli Premyer Liqasının 22-ci turunda "Kəpəz"ə böyük hesabla uduzduqları (0:3) oyun haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib:
“İlk növbədə “Kəpəz”i təbrik edirəm. Birinci hissədə bu mövsüm ən bərbad oyunumuzu keçirdik. Belə bəsit qollar buraxdığımıza inana bilmirəm. İkinci yarıda toparlanmağa çalışsaq da aldığımız qırmızı vərəqə hər şeyi dəyişdi. Qarşıda kubok matçımız var. Diqqətimizi ora yönəltməyə çalışacağıq”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.