ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün mətbuatda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin ləğv ediləcəyinə dair məlumatlar yayılıb.
Globalinfo.az-ın xəbərinə görə, məsələ ilə bağlı “Unikal”a açıqlama verən AMEA-nın Rəyasət Heyətinin üzvü, Fizika institutunun baş direktoru Arif Həşimov bildirib ki, hazırda belə bir məsələ müzakirə olunmur:
“Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti onun təsdiq olunmuş nizamnaməsi əsasında tənzimlənir. Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”, – deyə A.Həşimov əlavə edib.
Xatırladaq ki, Arif Həşimov AMEA-nın birinci vitse-prezidenti olub və bir müddət Akademiyanın prezidenti vəzifəsini də icra edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.