RU

Finlandiya prezidenti: Avropa artıq ABŞ üçün prioritet deyil

Finlandiya prezidenti: Avropa artıq ABŞ üçün prioritet deyil

Avropa rəsmi Vaşinqtonun prioritetləri siyahısında öz əvvəlki mövqeyini itirib.

AFN.az xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb "The New York Times" (NYT) qəzetinə verdiyi müsahibədə bildirib. Stubbun fikrincə, dünya geri dönülməz şəkildə dəyişib və Avropa ölkələri ABŞ ilə münasibətlərini qorumaq üçün öz müdafiə sistemlərini daha da gücləndirməlidirlər.

Prezident qeyd edib ki, hazırda ABŞ üçün Qərb yarımkürəsi və Hind-Sakit okean regionu birinci dərəcəli əhəmiyyət kəsb edir, Avropa isə bu siyahıda yalnız üçüncü yerdədir. Onun ardınca isə Yaxın Şərq və Afrika gəlir.

Stubb vurğulayıb ki, Avropa NATO, müdafiə, texnologiya və faydalı qazıntılar kimi sahələrdə ABŞ ilə sıx əməkdaşlıq etməli, lakin iqlim dəyişikliyi və beynəlxalq normalar kimi məsələlərdə fikir ayrılıqları ilə barışmalıdır.

Избранный
12
afn.az

1Источники