RU

Şagirdlər “ETSN-də bir gün” layihəsi çərçivəsində Nazirliyin qonağı olublar

“ETSN-də bir gün” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində məktəblilərlə keçirilən görüşlər davam edir. Növbəti belə görüş zamanı Evrika liseyinin şagirdləri nazirlikdə qonaq olub, ölkəmizin təbii sərvətləri və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərlə tanış olublar.

Ekologiya.az bildirir ki, tədbir zamanı Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Gülnarə Məmmədova tərəfindən şagirdlərə Azərbaycanın meşələri, nadir və endemik növlərin qorunması, həmçinin meşələrin iqlimə və insanların həyatına təsiri barədə məlumat verilib. İnteraktiv formatda keçirilən görüş sual-cavab sessiyası ilə davam edib.
Daha sonra Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Aysel Rzayeva şagirdlərə ölkəmizin ətraf mühit sahəsində qoşulduğu beynəlxalq konvensiyalar, təşkilatlar və bu istiqamətdə qəbul olunan beynəlxalq müqavilələrin milli səviyyədə icrasının hüquqi aspektləri barədə məlumat verib.
Tədbirin davamı olaraq şagirdlər Orxus İctimai Ekologiya İnformasiya Mərkəzi ilə tanış olub, Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin mütəxəssisi Murad Şahverdiyev tərəfindən işğaldan azad olunmuş ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən bərpa işləri barədə məlumatlandırılıblar.
Избранный
12
ekologiya.az

1Источники