AzVision.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) fevralın 27-də “X” sosial şəbəkəsində yerləşdirdiyi məlumatda belə deyilir.
“MAQATE-nin vasitəçiliyi ilə Zaporojye AES-də330 kV-luq ehtiyat enerji təchizatını bərpa etmək məqsədi daşıyan daha bir yerli atəşkəs qüvvədədir. Təmir qruplarının zədələnmiş əraziyə çıxışının təminatı üçün hazırda mina təmizləmə işləri davam edir”,- agentlik vurğulayır.
Xatırladaq ki, fevralın 19-da MAQATE-nin baş direktoru Rafael Qrossi Zaporojye AES-in yalnız bir xarici elektrik xətti ilə işlədiyini bildirib. Onun sözlərinə görə, ehtiyat 330 kV-luq “Ferrosplavnaya-1” xətti fevralın 10-da sıradan çıxıb və bu, çox güman ki, hərbi əməliyyatlar səbəbindən baş verib. Stansiya hazırda yalnız 750 kV-luq “Dnepr” xətti vasitəsilə enerji alır.
Yanvarın 17-də MAQATE Zaporojye AES ərazisində elektrik xətlərinin təmiri üçün atəşkəs elan edildiyini bildirdi ki, bu da artıq stansiyanın zədələnmiş infrastrukturunun təmiri üçün lokal xarakterli dördüncü atəşkəs idi.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта