RU

Güclü külək əsəcək, qar yağacaq - Rayonların havası

Fevralın 28-də Azərbaycanın şəhər və rayonlarında gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat daxil olub.

Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağışın intensivləşəcəyi, sulu qar şəklində keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-5° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olma ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv və güclü olma ehtimalı var. Axşam tədricən yağıntılar kəsiləcək. Arabir duman olacaq, şərq küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy və Göygöldə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olma ehtimalı var. Arabir duman müşahidə olunacaq, şərq küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Şərqi Zəngəzur rayonlarında — Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olma ehtimalı var. Arabir duman müşahidə olunacaq, şərq küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensivləşmə ehtimalı var. Arabir duman olacaq, şərq küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba və Xaçmazda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv və güclü olma ehtimalı var. Arabir duman müşahidə olunacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşmə və qar yağma ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensivləşmə ehtimalı var. Arabir duman müşahidə olunacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 2-4° şaxta, gündüz 0-2° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.


Telegram kanalımız
Избранный
19
49
yenisabah.az

10Источники