RU

Auditorlar Palatası ilə LDU arasında imzalanmış Əməkdaşlıq Sazişi yenilənib əməkdaşlıq əlaqələri genişlənir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Lənkəran, 27 fevral, İlkin Adıyev, AZƏRTAC

Auditorlar Palatası ilə Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin iqtisadi siyasətində şəffaflıq prinsipinin təmin olunmasında auditin rolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verilir ki, tədbirdə Lənkəran Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, Auditorlar Palatasının nümayəndələri, auditorlar və tələbələr iştirak ediblər.

Tədbiri açan Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov ölkəmizdə həyata keçirilən iqtisadi islahatların, elm və təhsilin inkişafını vurğulayıb, Auditorlar Palatası ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin gənc kadrların hazırlanması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Auditorlar Palatasının sədri, professor Vahid Novruzov çıxışında ölkədə aparılan iqtisadi siyasətin əsas istiqamətlərindən biri olan şəffaflığın təmin edilməsində auditin rolundan söz açıb, audit fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartların tətbiqi və peşəkar kadr hazırlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində Auditorlar Palatası ilə Lənkəran Dövlət Universiteti arasında 2012-ci ildə imzalanmış Əməkdaşlıq Sazişinin yenilənməsi həyata keçirilib. Yenilənmiş saziş yeni dövrün çağırışları nəzərə alınmaqla auditor kadrlarının hazırlanması, birgə elmi-praktiki tədbirlərin təşkili, tələbələrin audit sahəsinə marağının artırılması, təcrübə proqramlarının həyata keçirilməsi və elmi-metodiki, habelə auditin rəqəmsallaşması, süni-intellektin tətbiqi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Daha sonra Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov “İqtisadi inkişafda şəffaflıq amili və onun təmin olunmasında auditin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə auditin maliyyə intizamının möhkəmləndirilməsi, dövlət və özəl sektorda şəffaflığın artırılması, investisiya mühitinin yaxşılaşdırılması və ictimai etimadın gücləndirilməsindəki əhəmiyyəti diqqətə çatdırıb.

Auditorlar Palatasının Kadr hazırlığı idarəsinin rəisi Elmira Hacıyeva “Auditor kadrlarının hazırlanmasının müasir modeli və onun peşə fəaliyyətinə təsiri” mövzusunda çıxış edərək auditor hazırlığında tətbiq olunan yeni yanaşmalar, beynəlxalq təhsil standartlarına uyğun təlim proqramları, rəqəmsal bacarıqların inkişafı və universitet–peşə əməkdaşlığının əhəmiyyəti barədə məlumat verib.

Tədbir interaktiv müzakirələrlə davam edib, Lənkəran Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri tərəfindən səsləndirilən suallar ətraflı şəkildə cavablandırılıb.

Görüş çərçivəsində Auditorlar Palatası tərəfindən nəşr olunmuş elmi və metodiki vəsaitlər Lənkəran Dövlət Universitetinin kitabxana fonduna təqdim edilib.

Tədbirin sonunda tərəflər arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi, auditor peşəsinə marağın artırılması və yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində birgə fəaliyyətin davam etdiriləcəyi vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
azertag.az

1Источники