RU

Britaniya səfirliyi: “Deputatların müzakirəsi hökumətin mövqeyi deyil”

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi açıqlama yayıb. Məlumatda bildirilir ki, b məsələyə olan yüksək marağı nəzərə alaraq, səfirlik Böyük Britaniyada qərar qəbuletmə sisteminin necə işlədiyini aydınlaşdırmağın zəruri olduğunu düşündüyünü vurğulayıb. “Bakıdakı Britaniya səfirliyi Əlahəzrət Kral III Çarlzın hökumətini təmsil edir və Britaniya hökumətinin xarici siyasət mövqelərini ifadə edir. Səfirlik Britaniya konstitusiya sisteminə əsasən ayrı və müstəqil hakimiyyət qolu olan Britaniya Parlamenti adından danışmır. Parlament hökumətdən müstəqil şəkildə fəaliyyət göstərir və onun dinləmələri, müzakirələri və sorğuları Əlahəzrət Kral III Çarlzın hökumətinin rəsmi siyasətindən daha çox, ayrı-ayrı üzvlərin və ya Parlament komitələrinin mövqelərini əks etdirir. Bu səbəbdən, səfirlik parlament iclaslarının məzmunu və ya gedişatı ilə bağlı şərh verməyi məqsədəuyğun hesab etmir. Bütün müvafiq sorğular birbaşa www.parliament.uk saytı vasitəsilə Böyük Britaniya Parlamentinə ünvanlanmalıdır. Böyük Britaniyanın Cənubi Qafqazla bağlı mövqeyi aydın və dəyişməz olaraq qalır: biz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyırıq və davamlı sülhə aparan yeganə yol kimi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik”, - bəyanatda vurğulanır. Xatırladaq ki, fevralın 25-də Böyük Britaniya Parlamentinin İcmalar Palatasında keçirilən “Keçmişi silmək: Mədəni irsi məhv etmək” adlı dinləmədə Qarabağda guya “erməni irsinin məhv edilməsi” iddiaları müzakirə olunub. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
1
azvision.az

2Источники