RU

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib - Sərəncam

Bakı. Trend:

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair2026−2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasında rəqəmsal inkişafınsürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”(bundan sonra – Fəaliyyət Planı) təsdiq edilməlidir.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərinmaliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digərmənbələr hesabına təmin edilməlidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası FəaliyyətPlanında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini vəicrasına nəzarəti həyata keçirməlidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi:

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətibarədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinəməlumat verməlidir;

Fəaliyyət Planında müəyyən edilmiş tədbirlərinmaliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin tərtibiprosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması, həminvəsaitin bölgüsü, büdcə ilinin istənilən vaxtında digəristiqamətlər üzrə xərclənməsi və ilin sonunadək xərclənməməsinin(büdcəyə qaytarılmasının) təsirləri barədə təkliflərini AzərbaycanRespublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.

Azərbaycan Respublikasının MaliyyəNazirliyi:

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərinmaliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin tərtibiprosesində, maliyyə ekspertizası aparılmaqla, zəruri maliyyəvəsaitinin ayrıca sətirlə nəzərdə tutulması üçün müvafiq işlərgörməlidir;

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi ilə razılaşdırmaqla, bu Sərəncamın 4.2-ci bəndindənəzərdə tutulan tədbirləri həyata keçirməlidir.

6. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasınınmonitorinqini və qiymətləndirilməsini Azərbaycan RespublikasıRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasındaİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyatakeçirsin.

7. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlətmülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfidövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılanpublik hüquqi şəxslərə və digər büdcə təşkilatlarına tapşırılsın,Azərbaycan Respublikasının Ali Məhkəməsinə, AzərbaycanRespublikasının Baş Prokurorluğuna, Azərbaycan RespublikasınınMərkəzi Bankına, Azərbaycan Respublikasının İnsan hüquqları üzrəmüvəkkilinə (ombudsmana), Azərbaycan Respublikasının HesablamaPalatasına, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına vəAzərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrəKomissiyasına tövsiyə edilsin ki:

7.1. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında vətam icrasını təmin etsinlər;

7.2. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasıbarədə aylıq məlumatları hər növbəti ayın 10-dək AzərbaycanRespublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə vəİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdimetsinlər.

Избранный
20
22
az.trend.az

10Источники