Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir təxirə salınıb.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, tədbirin martın 5-də Bakıda keçirilməsi nəzərdə tutulsa da, qərar sonradan bir sıra səbəblərdən ləğv edilib.
Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu Teleqraf-a açıqlamasında martın 5-də keçirilməsi nəzərdə tutulan tədbirin təxirə salındığını təsdiq edib. Qurum rəsmisi bunun səbəbini Komitə sədri Bahar Muradovanın xaricə səfərləri, o cümlədən bir sıra mühüm qonaqların planları ilə əlaqələndirib. O, tədbirin başqa bir tarixdə keçiriləcəyini istisna etməyib.
Lakin əldə etdiyimiz məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təkcə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbiri yox, nəzərdə tutulan digər rəsmi tədbirləri də ixtisara düşüb.
Qeyd edək ki, bundan öncəki illərdə Komitənin sözügedən tədbiri 5-6 mart tarixlərində keçirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.