Pakistanın silahlı qüvvələrinin ərazisinə edilən hər hansı bir hücuma sarsıdıcı cavab vermək üçün lazım olan hər şeyə sahibdir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif bunu Əfqanıstanla sərhəddə gedən döyüşlərə cavab olaraq bildirib.
"Pakistan xalqı və ordusu milli təhlükəsizliyi və suverenliyini qorumağa həmişə hazırdır. Biz həmişə sülh tərəfdarı olmuşuq, lakin Pakistanın ərazi bütövlüyünə qarşı hər hansı bir təcavüzü dəf etməyə hazırıq",-deyə baş nazir bildirib.
Associated Press-ə verdiyi müsahibədə Pakistanın müdafiə naziri Xavaca Asif isə İslamabadın Əfqanıstandan gələn sərhədyanı terrorizm təhlükəsi səbəbindən Əfqanıstanla açıq müharibəyə girdiyini bildirib:
"Pakistanın səbri tükənib. İndi Əfqanıstanla açıq müharibədəyik".
Anar