RU

Azərbaycan boksçusu 1/4 finala yüksəldi

Azərbaycan boksçusu Malik Həsənov Bolqarıstanın paytaxtı Sofiyada “Strandja” beynəlxalq turnirində 1/4 finala vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, milli üzvü bu hüquqa gürcüstanlı Laşa Qaqnidzeni məğlub etməklə yiyələnib.

Həsənov 1/8 finalda rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Yertuqan Zeynulinovla (Qazaxıstan) qarşılaşacaq.

Qeyd edək ki, daha öncə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) də 1/4 finala yüksəlib.
 

Избранный
2
12
fanat.az

10Источники