Çində yerləşən Henan Kuangshan Crane şirkətinin sahibi il sonu ziyafətinə 26 milyon dollar nağd pul gətirərək işçilərinə "Apara biləcəyiniz qədər götürün" deyib.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, şirkətin sahibi Cui Peijunun bu jesti beynəlxalq müzakirə mövzusuna çevrilib...
Kran, nəqliyyat və logistika şirkətinin ziyafətində təxminən 7000 nəfər iştirak edib və mediada bildirilir ki, bir işçi 13.000 dollar dəyərində nağd pulu evə aparmağı bacarıb.
Əvvəlki illərdə paltaryuyan maşınlar və oxşar məhsullar paylayan şirkətin sahibi deyib ki, əvvəlki illərdə boyunbağı və üzüklər hədiyyə edirdik, amma indi nağd pul gətirib hər kəsə 20.000 yuan veririk.
Həmidə İbrahimova