RU

Paşinyanla ayrılan Anna daha nələr açıqladı: Xahiş edirəm, məni təhqir etməyin!

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan onunla ayrıldığını bəyan edəndən sonra sosial şəbəkələrin erməni seqmentində və yerli KİV-də qızğın müzakirələr başlayıb. Bəzi erməni siyasi təhlilçilər bunu “Paşinyanın növbəti oyunu” adlandırıblar. Digərləri Anna Akopyanın məxfi məlumatlara malik olduğunu əsas gətirərək, olayın ciddiyətini nəzərə almağa çağırıblar.Modern.az xəbər verir ki, Anna Akopyan sosial mediada yaydığı videoaçıqlamada bir sıra maraqlı məsələlərdən bəhs edib.O, Paşinyanla vətəndaş nikahında yaşadığını xatırladıb və “bizim başqa hər hansı bir nikahımız yoxdur” deyib.

Akopyanın sözlərinə görə, Baş nazirdən ayrıldığına görə, hökumət iqamətgahını da tərk edir.O, Ermənistan ictimaiyyəti arasında şayiələrin yayılacağını əsas gətirərərək, bəzi faktlara toxunub.Anna Akopyanın sözlərinə görə, onun şəxsi evi yoxdur. Kreditlə aldığı evin yerləşdiyi bina hələ ki tikinti mərhələsində olduğuna görə, kirayə mənzilə köçür.“Əgər mənim dollar milyonçusu olduğum, ofşorlarda dollar hesablarımın, saraylarımın və s. olduğu barədə danışılarsa, bildirmək istəyirəm ki, bank hesabımda evin satışından qalan məbləğ var - dəqiq rəqəmi xatırlamıram, çünki buna heç vaxt maraq göstərmirəm; həmin məbləğin bir hissəsi şəxsi ehtiyaclara xərclənib. Bundan əlavə, kartımda “Mənim addımım” Fondunda əməkhaqqımdan və gəlir vergisinin geri qaytarılmasından toplanmış vəsait var.

Bunu ona görə xatırlayıram ki, hər dəfə hesabı açanda 5 milyon dram məbləğini görürəm. Hesab edirəm ki, bu, yaşamağım üçün kifayətdir. Mənim avtomobilim yoxdur və təbii ki, dövlət mühafizəm də olmayacaq. Buna görə də məni İrəvan küçələrində tək görsəniz, xahiş edirəm təəccüblənməyin və məni təhqir etməyin, çünki son səkkiz il ərzində kifayət qədər təhqir eşitmişəm”.Anna Akopyan deyib ki, “Mənim addımım” Fondunun icraçı direktoru kimi fəaliyyətini davam etdirmək istəyir:“Çünki bu, mənim üçün çox vacib olan muzdlu işdir. Lakin düşünürəm ki, təkcə istəyim kifayət etməyə bilər”.A.Akopyan deyib ki, Ermənistan Antikorrupsiya Komitəsi “Mənim addımım” Fondunun icraçı direktoru kimi onu hansısa məsələyə görə cinayət məsuliyyətinə cəlb edə də bilər.“Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ilə jurnalist arasında dünənki söhbətə əsasən, "Mənim Addımım" Fondunun icraçı direktoru kimi cinayət məsuliyyətinə cəlb olunmağım da mümkündür. Həyat budur - hadisələr belə də inkişaf edə bilər. Yaşayarıq, görərik”

Daha sonra Anna Akopyan videoçıxışında zinət əşyalarını nümayiş etdirərək deyib:

“Bu illər ərzində aldığım və protokol hədiyyələri olan bu zinət əşyalarını da sizə göstərməyi zəruri hesab edirəm. Korrupsiyanın qarşısının alınması üzrə komissiyanın qərarı ilə onlar korrupsiya riski hesab edilməyib və təxminən yeddi ay əvvəl mənə təhvil verilib.

Onların bəzilərini taxmışam, bəzilərini isə bir dəfə belə istifadə etməmişəm. Əlbəttə, bütün bu hədiyyələri, zinət əşyalarını və kifayət qədər bahalı hesab etdiyim bu geyimləri dövlətə təhvil verirəm.

Əziz xalq, bu qutularda yalnız şəxsi geyimlərim və gigiyena vasitələrim var, başqa heç nə yoxdur”.

Akopyan bildirib ki, bu video müəyyən mənada vida xarakteri daşıdığına görə, xüsusi olaraq demək istədiyi bir məsələ var:“Söhbət baş nazirin həyat yoldaşı statusunda bu səkkiz il ərzində müxtəlif platformalarda göründüyüm obrazlardan gedir - ətrafında böyük ajiotaj və tənqidlər olan obrazlardan. Bildirmək istəyirəm ki, bütün bu müddət ərzində qarderob formalaşdırmaq üçün heç bir vəsaitim olmayıb - büdcə sıfır idi. Sözün əsl mənasında, müxtəlif tədbirlərdə fərqli görünmək üçün illərlə “jonglyorluq” etmişəm. Əgər hansısa obrazlar sizi məyus edib və ya qəzəbləndiribsa, üzr istəyirəm.

Fürsətdən istifadə edərək mininci dəfə dizaynerlərə təşəkkür etmək istəyirəm ki, bu vəziyyətdən çıxmağa kömək ediblər və mənimlə əməkdaşlıq ediblər.

Əməkdaşlıq belə idi: müxtəlif tədbirlər üçün ya mənə geyim tikirdilər, ya da kolleksiyalarından geyimlər verirdilər; mən onları geyinir, sonra geri qaytarırdım. Buna görə onlara sonsuz minnətdaram. Həmçinin obrazım və bununla bağlı hər şey səbəbilə ala biləcəkləri ciddi zərbə üçün bir daha üzr istəyirəm”.Anna Akopyan artıq Baş nazirin xanımı statusunu itirdiyinə görə ictimaiyyətlə sağollaşıb.

“Beləliklə, sağ olun - yeni görüşlərədək. “Hamınızı sevirəm” demək istəmirəm, çünki mənim fikrimcə, sevgi sözlə deyil, əməl ilə - qayğı və diqqətlə göstərilir.

Hesab edirəm ki, bu təxminən səkkiz il ərzində mənim bütün hərəkətlərimin əsasında yalnız sizə və dövlətə olan sevgi və qayğı dayanıb. Qoy Tanrı hamımızı qorusun, Tanrı Ermənistan Respublikasını qorusun”.

Anna Akopyan daha sonra əlavə edib:

“Bütün dostlarıma — tanıdıqlarıma və tanımadıqlarıma, uzaq və yaxın qohumlarıma, hətta ən doğma insanlara bildirirəm ki, bu mövzu mənimlə müzakirə edilə bilməz. Bu məsələyə qadağa qoyuram.

Sizi də, əziz xalq, bu məsələni ‘üyüdüb-dağıtmağa’ çox vaxt sərf etməməyə çağırıram: bu, boş, faydasız və nəticəsiz məşğuliyyət olacaq. Eşitdiniz, qeyd etdiniz və davam edirik”.A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
modern.az

1Источники