RU

“Xocalı:Faciədən Zəfərə” adlı tədbir keçirilib - FOTOLAR

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 26.02.2026-cı il tarixində B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Xocalı Faicəsinin 34-cü ildönümünə həsr edilmiş “Xocalı:Faciədən Zəfərə”adlı tədbir keçirilib.

QHT.az xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin məsul nümayəndələrinin, şəhid ailələrinin, Xocalı şahidinin və mədəniyyət işçilərinin iştirak etdiyi tədbir B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi və Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən hazırlanıb. Çıxışlarda 1992-ci il fevral ayının 26-da erməni separatçılarının Xocalıda törətdiyi soyqırımdan söz açılıb. Tarixi Zəfərlə nəticələnən vətən müharibəsində Müzəffər Ali Baş Komandan, möhtərəm prezident cənab İlham Əliyevin böyük siyasi əzmi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpağlarımızın işğaldan azad edilməsi , o cümlədən Xocalının öz azadlığına qovuşması xüsusi vurğulanıb.İştirakçılar həmçinin hazırda doğma Qarabağımızda həyata keçirilən möhtəşəm quruculuq layihələrini fərəhlə

vurğulayıblar.Tədbirdə Xocalı soqırımına həsr olunmuş “Doğma torpağ”sənədli filmi nümayiş edilib. ”Xocalı: Faciədən Zəfərə”rəsm müsabiqəsinin qalibləri, yeni nəslin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirməsində fəal iştirak edən gənclər fəxri fərmanlarla təltif edilib. Mədəniyyət Mərkəzinin bədii kollektivləri ədəbi-musiqili-teatrlaşdırılmış kompozisiya nümayiş etdiriblər.

Избранный
18
qht.az

1Источники