Azərbaycan boksçusu Malik Həsənov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində 1/4 finala vəsiqə qazanıb.
Boks Federasiyasından SİA-ya bildirilib ki, 55 kiloqramda çıxış edən milli üzvü bu hüquqa gürcüstanlı Laşa Qaqnidzeni məğlub etməklə yiyələnib.
Həsənov 1/8 finalda rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Yertuqan Zeynulinovla (Qazaxıstan) qarşılaşacaq.
Qeyd edək ki, daha öncə Bilalhəbaşi Nəzərov (50 kiloqram), Zidan Hünbətov (55 kiloqram) və Məhəmmədəli Aşırəliyev (60 kiloqram) 1/4 finala yüksəlib.