RU

Bakıda baş verən dəhşətli qəzanın TƏFƏRRÜATI: Xəsarət alanlar var

Bakıda, Binəqədi-Xırdalan yolunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

NOCOMMENT.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli bildirib ki, hadisə fevralın 27-də, saat 03:06-da qeydə alınıb.

“2004-cü il təvəllüdlü Hüseyn Müşfiq oğlu Vəliyev idarə etdiyi “Hyundai” markalı 77-AN-140 dövlət nömrə nişanlı avtomobili yolun sağ kənarında dayanmış 1993-cü il təvəllüdlü Samir Rövşən oğlu Həsənzadəyə məxsus “Volvo” markalı, 44-CX-242 dövlət nömrə nişanlı yük avtomobilinə çırpıb.

Hadisə nəticəsində sürücü H.Vəliyevlə yanaşı 1983-cü il təvəllüdlü Pərvanə Yaşar qızı Vəliyeva, 2004-cü il təvəllüdlü Zəhra Müşfiq qızı Vəliyeva və 1956-cı il təvəllüdlü Böyükxanım Böyükağa qızı Əliyeva xəsarət alıblar. Ölüm faktı qeydə alınmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır”, – deyə R.Əhmədli vurğulayıb.

 

Binəqədi rayonu, Binəqədi şosesində yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobilinin yol kənarında park edilmiş yük avtomobilinə çırpılması nəticəsində qəza baş verib və minik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1963-cü il təvəllüdlü Böyükxanım Böyükağa qızı Əliyevanı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Избранный
16
nocomment.az

1Источники