RU

Pakistan və Əfqanıstan arasında döyüşlər səngiyib

Pakistan və Əfqanıstan arasında döyüşlər səngiyib.

 

Herbiand.az xəbər verir ki, saat 01.00 radələrində Əfqanıstanın paytaxtı Kabildə çox sayda böyük partlayışlar baş verib.

 

Əfqanıstanın Müdafiə Nazirliyi 55 pakistanlı əsgərin öldürüldüyü, iki baza və 15 mövqenin ələ keçirildiyi haqda məlumat yayıb.

 

Məlumatda qeyd edilir ki, bu hücumlar Pakistanın hərbi qüvvələrinə qarşı "Durand xətti" boyunca, Paktika, Paktia, Xost, Nanqarhar, Kunar və Nuristan əyalətlərinin yaxınlığında həyata keçirilib.

 

Talibanın mətbuat katibi Zabiullah Mücahid Pakistan tərəfinin iki korpus qərargahı, üç briqada qərargahı, iki silah-sursat anbarı, bir logistika bazası, üç batalyon qərargahı, iki sektor qərargahı və 80-dən çox tank, artilleriya və zirehli transportyorunun məhv edildiyini deyib.

 

O, Əfqanıstanda tərəfdə itkilərin olduğunu etiraf edib: “Nanqarharda 8 Taliban döyüşçüsü ölüb, 11-i isə yaralanıb. Bundan əlavə, 13 mülki şəxs də yaralanıb”, - Mücahid bildirib.

 

Pakistan hökumətinin xarici media ilə əlaqələr üzrə mətbuat katibi Müşarraf Zaydi isə öz növbəsində hərbi əməliyyatlar nəticəsində 133 Taliban döyüşçüsünün öldürüldüyünü, 200-dən çoxunun yaralandığını bildirib.

 

“Bu rəqəm hələ tam deyil, çünki Kabil, Paktia və Qandaharda hədəf alınan hərbi obyektlərə dair nəticələr qiymətləndirilir”, - o qeyd edib.

 

Zaydi, həmçinin sərhəddə 27 Taliban mövqeyinin məhv edildiyini, 9 mövqeyin isə ələ keçirildiyini bildirib.

 

Rəsmi İslamabad 2021-ci ildə Əfqanıstanda hakimiyyətin dəyişməsindən sonra Kabildən terror təşkilatı kimi tanıdığı Pakistan Talibanı (TTP) məsələsində tədbir görməsini tələb edir. Əfqanıstan isə TTP-nin öz torpaqlarında fəaliyyət göstərmədiyini bəyan edib.

Избранный
7
8
herbiand.az

9Источники