RU

Birinci Türkoloji Qurultayın görüntüləri yenidən bərpa olundu

Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 1926-cı ildə “Azdövlətkino” tərəfindən çəkilən görüntüləri yenidən bərpa edilib.

Kulis.az xəbər verir ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin "Sabah" Yaradıcılıq Studiyasında bərpa edilən film “Anın tarixi” layihəsi çərçivəsində tamaşaçılara təqdim olunub.

Filmdə dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən, türk xalqlarının yeni latın əlifbasını qəbul etməsindən, qurultayda türk xalqları ədəbiyyatı və dil problemləri barədə vacib qərarların verməsindən bəhs olunur.

Qeyd edək ki, yenidən hazırlanan “Bakı Türkoloji Qurultayı - 1926” adlı sənədli filmin ssenari müəllifi Səxavət Sahil, quruluşçu rejissoru Ramina Qarayevadır.

Избранный
5
3
kulis.az

4Источники