RU

Melaniya Tramp BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya martın 2-də BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts X sosial şəbəkəsində məlumat verib.

"Melaniya Tramp ABŞ-ın birinci xanımı kimi ilk dəfə Təhlükəsizlik Şurasına sədrlik edəcək - Amerikanın şurada sədrliyinin ilk günündə", - o yazıb. "BMT-ni yenidən möhtəşəm edək!" - Uolts əlavə edib.

Melaniya Trampın ofisindən bildirilib ki, onun çıxışı "Münaqişə şəraitində uşaqlar, texnologiya və təhsil" mövzusuna həsr olunacaq. Orada əlavə edilib ki, "tolerantlığın və dünya sülhünün təşviqi vasitəsi kimi" təhsilə diqqət yetiriləcək. Melaniya Tramp daha əvvəl Rusiya təcavüzü zamanı Rusiya tərəfindən Ukraynadan çıxarılan ukraynalı uşaqların Kiyevə qaytarılmasını müdafiə edib.

BMT nümayəndəsi bildirib ki, "bu, hazırkı dünya liderinin həyat yoldaşının 15 üzvdən ibarət Təhlükəsizlik Şurasının iclasına sədrlik etdiyi ilk hal olacaq", - “Reuters” xəbər verir. Adətən Təhlükəsizlik Şurasının iclaslarına səfir və ya rotasiya qaydasında təmsilçi ölkənin yüksək rütbəli kabinet üzvü sədrlik edir.

“The Guardian” qəzeti bu işlə əlaqədar olaraq xatırladıb ki, ABŞ-ın keçmiş birinci xanımı Eleanora Ruzvelt BMT-də Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin layihəsinin hazırlanmasına kömək edib.

Almaz Həsənli

Избранный
26
oxumeni.az

1Источники