RU

Zelenski: Rusiya və ABŞ ilə yeni danışıqlar BƏƏ-də keçirilə bilər

ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin görüşü martın əvvəlində BƏƏ-nin paytaxtı Əbu-Dabidə baş tuta bilər. Oxuməni.az xəbər verir ki, bu barədə cümə axşamı Ukrayna prezidenti Vladimir Zelenski axşam müraciətində Cenevrədə Ukrayna və Amerika nümayəndə heyətlərinin məsləhətləşmələrini şərh edərkən bildirib.

Zelenskinin sözlərinə görə, "real təhlükəsizlik zəmanətləri üçün əldə edilən hər şeyi yekunlaşdırmaq və liderlər səviyyəsində görüş hazırlamaq lazımdır". O hesab edir ki, Ukraynadakı müharibənin dayandırılması ilə bağlı danışıqlar kontekstində "məhz belə bir format çox şeyi həll edə bilər".

"Müharibəni bitirmək lazımdır - bu bizim mövqeyimizdir, bu Ukraynanın mövqeyidir, bu bütün tərəfdaşlarımızın mövqeyidir. Lakin təəssüf ki, indi hamı görür ki, Rusiyanın sülhə hazır olması yoxdur və Putinin öz hərbi maşınını dayandırmasına dair heç bir əlamət də yoxdur. Əksinə, o, daha da döyüşməyə hazırlaşır və dünya bunun dəyişməsi üçün Rusiyaya təzyiq etməyə hazır olmalıdır", - Zelenski yekunlaşdırıb.

Almaz Həsənli

Избранный
10
1
oxumeni.az

2Источники