RU

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başladı

Bakı. Trend:

Bu gün saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan 69dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbuluprosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək.

TrendMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadənxəbər verir ki, namizədlər 6 mart 2026-cı il saat 17:00-dəkhttps://miq.edu.az/direktor linkinə daxil olaraqelektron qeydiyyatdan keçə bilərlər.

Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmişqaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyatakeçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarətolacaq.

Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar vəsənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqəninmüsahibə mərhələsinə buraxılacaqlar. Sistem üzərindən təqdim edilənvakant yerlər 20.02.2026-cı il tarixinə olan məlumatlara istinadedir.

Namizədlər müsahibə mərhələsinə qaydalara müvafiq olaraqardıcıllıq əsasında dəvət olunacaqlar.

Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmışmüvafiq komissiyalar tərəfindən keçiriləcək.

Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqojivə tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə,problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə dəsosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

Hər bir namizəd nəticələrlə “Şəxsi səhifə” vasitəsilə tanış olabiləcək.

Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əməkmünasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydadarəsmiləşdiriləcək.

Избранный
7
30
az.trend.az

10Источники