RU

Çempionlar Liqası: “Qalatasaray”ın 1/8 finaldakı rəqibi bəlli olacaq

Bakı, 27 fevral, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşkün nəticəsinə əsasən, 1/8 cütlükləri bəlli olacaq.

Tədbirdə Liqa mərhələsini ilk "8-lik"də başa vuran komandalar səpələnmişlər, pley-offun qalibləri isə səpələnməmişlər səbətində yer alacaqlar.

Səpələnmişlər: "Arsenal", “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Mançester Siti” (hamısı İngiltərə), "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), "Sportinq" (Portuqaliya)

Səpələnməmişlər: "Real Madrid", “Atletiko Madrid” (hər ikisi İspaniya), PSJ (Fransa), "Nyukasl" (İngiltərə), "Atalanta" (İtaliya), "Bayer" (Almaniya), "Qalatasaray" (Türkiyə), "Budyo Qlimt" (Norveç).

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 10-11-də, cavab matçları isə 17-18-də keçiriləcək.

 

 

Избранный
14
20
azertag.az

10Источники