RU

Sumqayıtda poladəritmə sexində partlayış - Fəhlələr xəsarət aldı

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış hadisəsi baş verib.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində müəssisədə fəhlə işləyən 1994-cü il təvəllüdlü İsmayılov Elməddin Nurəddin oğlu, 1989-cu il təvəllüdlü Davidov Ceyhun Zakir oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Coşğun Ruşan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
 
Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Избранный
11
43
moderator.az

10Источники