Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü Elməddin Nurəddin oğlu İsmayılov, 1989-cu il təvəllüdlü Ceyhun Zakir oğlu Davidov və 1997-ci il təvəllüdlü Coşğun Ruşan oğlu Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıblar. Onlara zəruri tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.